​Bakı metropolitenində yeni aparatlar quraşdırılır - FOTO

​Bakı metropolitenində yeni aparatlar quraşdırılır - FOTO Proses hazırda 20 Yanvar metrostansiyasında həyata keçirilir
İnfrastruktur
198
26 Aprel , 2015 14:55
​Bakı metropolitenində yeni aparatlar quraşdırılır - FOTO

Bakı. 26 aprel. REPORT.AZ/ “Bakı Metropoliteni” QSC-nin metrostansiyalarında hesabın doldurulması və keçid üçün yeni terminal və turniketlərin quraşdırılmasına başlanıb.

"Report" xəbər verir ki, hazırda Metropolitenin 20 Yanvar stansiyasında yeni avadanlıqların quraşdırılması prosesi həyata keçirilir.

Məlumata görə, yeni kartın qiyməti 2 manat olacaq və onlar ilkin mərhələdə hazırda istismarda olan kartlarla yanaşı istifadə ediləcək. Sonrakı mərhələdə köhnə kartlar vətəndaşlardan təhvil alınacaq.

Son xəbərlər

Orphus sistemi