"Bakı Metropoliteni" texniki nəzarətə 18 milyon manat xərcləyəcək

"Bakı Metropoliteni" texniki nəzarətə 18 milyon manat xərcləyəcək "Bakı Metropoliteni" QSC tunellərində korroziya əleyhinə mühafizə üzlüklərinin çəkilməsinə texniki nəzarətlə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
İnfrastruktur
28 Dekabr , 2020 14:53
Bakı Metropoliteni texniki nəzarətə 18 milyon manat xərcləyəcək

"Bakı Metropoliteni" QSC tunellərində korroziya əleyhinə mühafizə üzlüklərinin çəkilməsinə texniki nəzarətlə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Superior Products Caspian" MMC-dir.

Qalib şirkətə 18 025,7 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi