"Bakı Metropoliteni" tender keçirir

"Bakı Metropoliteni" tender keçirir Tender 15 lot üzrə keçirilir
İnfrastruktur
24 Mart , 2017 11:16
Bakı Metropoliteni tender keçirir

Bakı. 24 mart. REPORT.AZ/ “Bakı Metropoliteni” QSC istismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan malların, ehtiyyat hissələrinin satın alınması üzrə açıq tender elan edib. 

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Tender 15 lot - fərdi mühafizə vasitələrinin (lot-1), boyalar, lak və boya məmulatlarının (lot-2), qranit və mərmərin (lot-3), keramoqranitin (lot-4), mebel, şüşə, qapı və s. malların (lot-5), hidroizolyasiya mallarının (lot-6), reklam işləri üçün malların (lot-7), tikinti mallarının (lot-8), birləşdirici və bərkidicilərin (lot-9), kimyəvi təmizliyicilərin (lot-10), 81-717, 81-714 seriyalı metro vaqonlarının təmirində istifadə olunan mexaniki, pnevmatik, elektrik və elektron ehtiyat hissələrinin (lot-11), metal profillərin (lot-12), yük və minik avtomobil təkərlərinin (lot-13), metropoliten tunellərində istifadə edilən korroziya əleyhinə örtüyün (lot-14) və yastıqların (lot-15) alınması üzrə keçirilir.

Tenderdə iştirak haqqı 6, 11 və 12-ci lotlar üzrə 300 manat, qalan lotlar üzrə isə 200 manatdır. İddiaçılar ilkin sənədləri mayın 1-nə qədər, tender təklifi və bank təminatını isə mayın 10-na qədər Bakı şəhəri, M.Rəfili küçəsi 20 ünvanına təqdim etməlidirlər.

Təkliflərə mayın 11-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. 

Son xəbərlər

Orphus sistemi