Bakı Metropoliteni tender elan edib

Bakı Metropoliteni tender elan edib Tender 11 lot üzrə keçiriləcək
İnfrastruktur
19 Yanvar , 2016 12:38
Bakı Metropoliteni tender elan edib

Bakı. 19 yanvar. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC açıq tender elan edib. "Report" rəsmi mətbuata istinadə məlumat verir ki, tender 11 lot üzrə keçirilir.

Tender əsasən müxtəlif növ kabel, naqil, kabel və son ucluqları, birləşdirici gilza və mufta, qoruyucular və s. satın alınması üzrə olacaq. Hər lotun dəyəri 300 manat təşkil edir. 

Tenderdə iştirak etmək istəyənlər 1 mart saat 15.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 9 mart saat 12.00-dək Bakı şəhəri, M.Rəfili küçəsi,20 ünvanına, QSC-nin icarəyə nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinə təqdim etməlidir. 

Son xəbərlər

Orphus sistemi