"Bakı Metropoliteni" QSC-nin son illər tətbiq etdiyi yeniliklər nəticəsində stansiyalarda mikroiqlim şəraitinin yaxşılaşdırılmasına nail olunub.
"Report" xəbər verir ki, bunu qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, 2018-ci ildən Bakı metrosunda ventilyatorların iş qrafiki dəyişdirilib, onlar hər fəslin tələbinə uyğun qurulur. Lakin fəsillər daxilində belə ventilyatorların iş qrafikinin monitorinqləri davam etdirilir və mümkün dəyişikliklər diqqətdə saxlanılır.
"Bundan başqa, metroda yeni, güclü ventilyatorlar quraşdırılıb. 2019-cu ildə 7 və 2020-2021-ci illərdə, pandemiyanın çətinliklərinə baxmayaraq, daha 10 ventilyatorun quraşdırılması bu mənada xüsusi təkanverici qüvvə olub. Yeni havalandırma avadanlığı müasir və gələcək dövrün tələblərinə uyğun olaraq, 2-3 dəfə güclüdür. Onların iş prinsipləri, ilk növbədə, yanğın təhlükəsizliyinin ən optimal tələblərinə cavab verir.
Üçüncü vacib yenilik isə odur ki metroda Avstriyanın SIROCCO şirkətinin avtomatik idarəetmə sistemləri ilə proqramlaşdırılan 9 dempfer quraşdırılıb. Yeni - Bənövşəyi xətdə havalandırma imkanlarının maksimal tələblər səviyyəsində qurulmasında quraşdırlmış 93 dempferin də xüsusi rolu var.
Ümumən, 2019-cu ilin yay ayları ilə müqayisəli təhlillərə əsasən, 2021-ci ilin analoji dövründə metropolitenin stansiya, tunel və qatarlarında 1-20C, yeniliklərin tətbiq edildiyi sahələrdə isə 3-40C-yə qədər dəyişikliklər hiss olunmaqdadır. Statistik göstəricilərə əsasən, 2021-ci ilin yayında qeydə alınan ən yüksək hərarət “Neftçilər” stansiyasında 280C olubsa, 2019-cu ildə eyni məkanda bu rəqəm 30,50C, 2018-ci ildə 32,20C təşkil edib. “Qara Qarayev” stansiyasında isə 2019-cu ildə ən yüksək hərarət 30,60C, 2018-ci ildə 32,30C qeydə alınıb. Həmin dövrdə iyul ayı üzrə orta statistik hərarət 290C-dən yuxarı qeydə alınmışdısa, yeni ventilyatorlar və dempferlər tətbiq edildikdən sonra orta temperatur göstəricisi 260C təşkil edib", - deyə o, qeyd edib.


