“Bakı Metropoliteni”: Stansiyalara adlar onların yerləşdiyi ərazinin adına uyğun qoyulur

“Bakı Metropoliteni”: Stansiyalara adlar onların yerləşdiyi ərazinin adına uyğun qoyulur Bakı Metropoliteni QSC-nin yeni stansiyalarına ad verilməsi Nazirlər Kabineti yanında fəaliyyət göstərən müvafiq komissiyanın səlahiyyətindədir. Biz təkliflərimizi həmin komissiyaya veririk, onlar nəzərdən keçirib Baş Nazirə təqdim edir, o da imzalayır”.
İnfrastruktur
12 Sentyabr , 2019 14:38
“Bakı Metropoliteni”: Stansiyalara adlar onların yerləşdiyi ərazinin adına uyğun qoyulur

"Bakı Metropoliteni" QSC-nin yeni stansiyalarına ad verilməsi Nazirlər Kabineti yanında fəaliyyət göstərən müvafiq komissiyanın səlahiyyətindədir. Biz təkliflərimizi həmin komissiyaya veririk, onlar nəzərdən keçirib Baş Nazirə təqdim edir, o da imzalayır”.

"Report" xəbər verir ki, bunu metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. 

"Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da metro stansiyalarının adlar adətən yerləşdiyi ərazinin adına uyğun qoyulur. Əgər yerin adı münasib olmasa kənar ad qoyulur", - o bildirib. 

B.Məmmədov metroya işə qəbul barədə də danışıb və maşinist peşəsinə qadınların marağının azaldığını qeyd edib: "Bu da peşənin çətin olması ilə bağlıdır. Təsəvvür edin, bu peşəni seçən qadın səhər saat 4-də yuxudan durub işə gəlməlidir. Son müsabiqədə 10 xanım maşinist olmaq istəyirdi, onlardan 3 nəfər qaldı və 1-i seçildi". 

Son xəbərlər

Orphus sistemi