"Bakı Metropoliteni" səyyar maska satışına dəstək verəcək - ƏLAVƏ OLUNUB

"Bakı Metropoliteni" səyyar maska satışına dəstək verəcək - ƏLAVƏ OLUNUB Sabahdan etibarən Bakı metrosunda qatarlar adi iş qrafiki ilə - 2 dəqiqəlik intervalla hərəkət edəcək.
İnfrastruktur
8 May , 2020 17:27
Bakı Metropoliteni səyyar maska satışına dəstək verəcək - ƏLAVƏ OLUNUB
"Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov / Report
0 : 00
0 : 00

"Sabahdan etibarən Bakı metrosunda qatarlar adi iş qrafiki ilə - 2 dəqiqəlik intervalla hərəkət edəcək".

"Report" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

Qurumun sədri Zaur Hüseynov isə deyib ki, icazəsiz və maskasız metroya daxil olan sərnişinlər cərimələnəcək, amma bu, onların işi deyil: "Sərnişinlərin cərimələnməsi bizim funksiyamıza daxil deyil. Biz səyyar maska satışına dəstək verəcəyik. 25 stansiyanın 17-də aptek var. Apteklərin sahibi olan şirkətdən xahiş etmişik ki, apteklər səhər saat 6-dan işə başlasın".

***

Z.Hüseynov metroda "sosial məsafə"nin qorunmasının vacibliyindən də danışıb: "Sosial məsafə" qorunmasa, bu koronavirus xəstələrinin sayının artmasına və metronun yenidən bağlanmasına səbəb ola bilər. Onu da deyim ki, metronun günlərlə işləməməsinə görə 29 milyon sərnişin itirmişik".

H.Məmmədov isə bildirib ki, yaşı 65-dən çox olan işçilərin işə çıxmasına icazə verilməyəcək: "Biz ilk gündən əməkdaşlarımızın müəyyən qrafiklə işə çıxmasına çalışmışıq. Yaşı 65-dən çox olanların isə işə çıxmasına ehtiyac görmürük". 

Son xəbərlər

Orphus sistemi