“Bakı Metropoliteni”: “Rusiyadan daha 23 ventilyator alınıb”

“Bakı Metropoliteni”: “Rusiyadan daha 23 ventilyator alınıb” “Bu gün Bakı metrosunda 121 ventilyator var. Onlardan 12-si yollararasıdır”.
İnfrastruktur
197
29 İyul , 2021 10:39
“Bakı Metropoliteni”: “Rusiyadan daha 23 ventilyator alınıb”
Nüsrət Abdullayev

“Bu gün Bakı metrosunda 121 ventilyator var. Onlardan 12-si yollararasıdır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev deyib.

“Son 3 ildə köhnə ventilyatorlarımızı yeniləri ilə əvəz etmişik. Əlavə olaraq Rusiyadan 23 ventilyator alınıb. Bunlar da müxtəlif gücdədir - 75 və 5 kVt-lıq ventilyatorlardır. Həmçinin 24 hava daşıyıcı qurğular da alınıb.

Köhnə ventilyatorlar 75-80-ci illərdən qalma idi, istismar müddəti bitmişdi. Buna baxmayaraq işlək vəziyyətdə idi. Yeni ventilayorlardan fərqli olaraq köhnələr həm güc, həm havanın buraxılış imkanı, həm də sürətinə görə geri qalır. Yeni qurğularda hə də tezlik çeviriciləri var. Yəni biz havanın stansiyalara ötürülməsini sürətlə həyata keçiririk. Ümumilikdə 7 sürət var. Yanğın və qəza zamanı 6 və 7-ci sürət qoşulur. Həmçinin bu ventilyatorların həm də sovurma imkanı var. Cəmi 32 saniyə lazımdır ki, bu ventilyator axından sovurmaya çevrilsin. Təzə ventilyatorların öz idarəetmə şkafları var və yeni proqramlar yazılıb. Əvvəllər bizim dispeçet idarəetmə məntəqəmiz ventilyayorların 3 siqnalını görürdü. Bunlar axına işləmək, sovurmaya işləmək və stop siqnallarıdır. Amma indi dispetçer 16 siqnala nəzarət edir.

Bundan əlavə, dispetçer sürətləri idarə edə bilir. Bunlar metroda çəkilmiş optik kabellər vasitəsilə həyata keçirilir”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi