"Bakı Metropoliteni" avtobus alır

"Bakı Metropoliteni" avtobus alır Nəqliyyat müəssisəsi bu məqsədlə tender keçirir
İnfrastruktur
126
21 Oktyabr , 2016 10:03
Bakı Metropoliteni avtobus alır

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC oturacaqlarının sayı 26-30 olan avtobusun satın alınmasına dair açıq tender keçirir.

"Report"un "Respublika" qəzetinə istinadən verdiyi xəbərə görə, 1 lot üzrə keçirilən müsabiqədə iştirak haqqı 200 manat təşkil edir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24 noyabr saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə 6 dekabr saat 15:00-dək Bakı şəhəri, Mikayıl Rəfili küçəsi,20 ünvanına təqdim etməlidirlər.

İddiaçıların təklifləri 7 dekabr saat 15:00-da həmin ünvanda açılacaq. Tədbirdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

İngilis versiyası Baku Metro purchases a bus

Son xəbərlər

Orphus sistemi