​Səhər saatlarında Bakı metropoliteni qatarında nasazlıq yaranıb

​Səhər saatlarında Bakı metropoliteni qatarında nasazlıq yaranıb Qatar bir neçə dəqiqə ləngidildikdən sonra sərnişinlər stansiyada endirilib
İnfrastruktur
466
27 Yanvar , 2015 09:49
​Səhər saatlarında Bakı metropoliteni qatarında nasazlıq yaranıb

Bakı. 27 yanvar REPORT.AZ/ Bu gün 08:20-də Bakı metropoliteninin Nizami stansiyasında Dərnəgül stansiyasından Həzi Aslanov istiqamətində hərəkət edən qatarın vaqonlarından birində problem yarandığına görə, qatar bir neçə dəqiqə ləngidildikdən sonra sərnişinlər həmin stansiyada endirilib. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Report”a bildirib ki, Dərnəgüldən Həzi Aslanov istiqamətində hərəkət edən 23 saylı qatarın 4-cü vaqonunun qapılarında nasazlıq yarandığına və qatar ləngidiyinə görə sərnişinlər orda boşaldılıb, qatar depoya göndərilib, yerinə də digər xətdən ehtiyat qatar buraxılıb.

Səhər saatlarında və iş vaxtının bitdiyi saatlarda yaranan insan tıxacına da münasibət bildirən N.Paşayev deyib ki, təbii ki, həmin saatlarda sərnişin çoxuluğu yaşanır, amma qatarlar intervalla işləyir, metropoliten də maksimum intervaldan istifadə edir. İnsan çoxluğu ilə bağlı ayırmağa qatar olsa belə, intervalda onu əlavə edəcək yer yoxdur, qatarlar bir-birinin ardınca və müəyyən vaxtla getməlidir. 

Son xəbərlər

Orphus sistemi