"Bakı Metropoliteni": Platforma qapılarının tətbiqi imkanları öyrəniləcək

"Bakı Metropoliteni": Platforma qapılarının tətbiqi imkanları öyrəniləcək Bakı metrosunda platforma qapılarının tətbiqi imkanları öyrəniləcək.
İnfrastruktur
20 Yanvar , 2025 12:58
Bakı Metropoliteni: Platforma qapılarının tətbiqi imkanları öyrəniləcək
Vüsal Aslanov

Bakı metrosunda platforma qapılarının tətbiqi imkanları öyrəniləcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov bildirib.

"Bu qapılar sıxlığın daha çox olduğu stansiyalar üçün aktual sayılır. Lakin bu yaxınlarda sərnişini çox az olan “Ulduz” stansiyasında hadisə baş verdi. Deməli, sərnişin məsuliyyəti də çox vacibdir. Mən hətta deyərdim ki, həlledicidir. Ötən il qatar stansiyaya daxil olan zaman 3 dəfə sərnişinin stansiya yoluna düşmə hadisəsi baş verib. Əfsus ki, 2-si ölümlə nəticələnib. Bundan savayı, 2 dəfə də sərnişinin ehtiyatsızlığı və ya məsuliyyətsizliyi xüsusi təhlükəli vəziyyət yaradıb. Ümumən, ötən il 374 nəfər inzibati məsuliyyətə cəlb edilib. Bilirsiniz, İnzibati Xətalar Məsəlləsinin 306-cı maddəsi Bakı metropolitenində qayda pozuntularını nəzərdə tutur. Yəni qaydalar, təhlükəsizlik tələblərinə əməl edilməsi vacibdir. Diqqətsizlik, ehtiyatsızlıq belə, sərnişinlərin həyatına son qoya bilər", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi