"Bakı metropoliteni" ötən il 90 milyondan çox sərnişin daşıyıb

"Bakı metropoliteni" ötən il 90 milyondan çox sərnişin daşıyıb 2021-ci ildə "Bakı Metropoliteni" QSC 90 milyon 232 min 427 sərnişin daşıyıb.
İnfrastruktur
318
6 Yanvar , 2022 13:38
Bakı metropoliteni ötən il 90 milyondan çox sərnişin daşıyıb

2021-ci ildə "Bakı Metropoliteni" QSC 90 milyon 232 min 427 sərnişin daşıyıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, bu sərnişinlərin 3 milyon 050 min 575 nəfəri ödənişsiz, 87 milyon 181 min 452 nəfəri ödənişli üsullarla daşınıb.

Bu isə metronun ötən il işlədiyi günlər üzrə orta statistik hesabla 485 min 121 nəfər daşınma deməkdir.

Amma 2021-ci ilin bütün günlərini nəzərə alsaq ötən il orta statistik gündəlik 247 min 212 nəfər daşınıb.

"Bakı Metropoliteni" ötən il sərnişindaşımadan 26 milyon 154 min 435,6 manat qazanıb.

Son xəbərlər

Orphus sistemi