“Bakı Metropoliteni”nin kommunikasiya departamentinə yeni rəis təyin olunub

“Bakı Metropoliteni”nin kommunikasiya departamentinə yeni rəis təyin olunub Şaban Kamal oğlu İmkani 2025-ci ilin 3 fevral tarixindən “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib.
İnfrastruktur
8 fevral 2025 10:58
“Bakı Metropoliteni”nin kommunikasiya departamentinə yeni rəis təyin olunub
Şaban İmkani

Şaban Kamal oğlu İmkani “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, Şaban İmkani 1985-ci ildə anadan olub.

2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsində təhsil alıb.

2008-2020-ci illərdə "Azərfon" şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb.

2022-2023- cü illərdə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil mərkəzində Əlaqə mərkəzi mövzusunda pedaqoji fəaliyyətlə məşğul olub.

Son xəbərlər

Orphus sistemi