“Bakı Metropoliteni”ndə Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

“Bakı Metropoliteni”ndə Vətən müharibəsi qaziləri ilə görüş keçirilib Bakı Metropoliteni” QSC-də Vətən qarşısında müqəddəs borcunu ləyaqətlə yerinə yetirərək kollektivə qayıdan qazilərlə görüş keçirilib.
İnfrastruktur
19 Yanvar , 2021 11:55
“Bakı Metropoliteni”ndə Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

Bakı Metropoliteni” QSC-də Vətən qarşısında müqəddəs borcunu ləyaqətlə yerinə yetirərək kollektivə qayıdan qazilərlə görüş keçirilib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumatda deyilir ki, müzəffər ordunun qalibiyyət yürüşündə səhmdar cəmiyyətinin əməkdaşları da iştirak edib. Şəhidlərimizin və qazilərimizin döyüş hünəri Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Onlar dövlətin müxtəlif ali mükafatlarına layiq görülüblər.

"Ötən il sentyabrın 27-də Ermənistan ordusu növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozdu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz əks-hücum əməliyyatlarına başlayaraq, cəmi 44 gün ərzində işğal altında olan torpaqları azad etdi. "Bakı Metropoliteni"nin kollektivi də Vətən müharibəsinin başladığı ilk günlərdən cəbhədə döyüşən metrpolitençiləri, eləcə də onların ailə üzvlərini diqqətdən kənarda qoymamağa çalışıb. Bu bizim borcumuz idi. Vətəni qoruyan oğullar arxa cəbhədən, ailələrinin güzəranından əmin olmalı idilər” - deyə, dövlət şirkətinin sədri Zaur Hüseynov qeyd edib.

Onun sözlərinə görə, bütün metropolitençilər Vətən, xalq qarşısında borcunu yerinə yetirmiş övladlarla qürur duyur və onlara minnətdardırlar.

Görüşdə Vətən keşiyində dayanmış metropolitençilər təəssüratları və xatirələri ilə bölüşərək, bundan sonra da l.Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və rifahı naminə milli birliyimizin möhkəmlənəcəyinə əminliklərini ifadə edərək, dövlət başçısının hər bir çağırışına hazır olduqlarını bəyan ediblər.

Son xəbərlər

Orphus sistemi