Növbəti iki yeni metro qatarı Bakıya gətirilib

Növbəti iki yeni metro qatarı Bakıya gətirilib “Bakı Metropoliteni” QSC-nin sifarişi əsasında növbəti iki yeni qatar Bakıya gətirilib.
İnfrastruktur
31 Avqust , 2019 17:54
Növbəti iki yeni metro qatarı Bakıya gətirilib

Bakı Metropoliteni” QSC-nin sifarişi əsasında növbəti iki yeni qatar Bakıya gətirilib.

Bunu “Report”a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, iki yeni qatar sazlama, tənzimləmə və sınaq işlərindən sonra sentyabrda xəttə buraxılacaq: “2019-cu ildə 6 yeni qatarın gətirilməsi planlaşdırılmışdı. Bununla bağlı Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC ilə müqavilə imzalanıb. Müqavilə əsasında son iki qatar və yaxud da ümumlikdə 10 vaqon artıq Bakıya gətirilib". 

Son xəbərlər

Orphus sistemi