Bakı Metropoliteni "Formula-1" yarışı günlərində gücləndirilmiş rejimdə işləyəcək

Bakı Metropoliteni "Formula-1" yarışı günlərində gücləndirilmiş rejimdə işləyəcək Bakı. 10 aprel. REPORT.AZ/ Aprelin 27-29-da Bakının mərkəzi küçələrində keçiriləcək Formula-1 Azərbaycan qran-prisi ilə əlaqədar olaraq, Bakı Metropoliteni QSC gücləndirilmiş rejimdə işləyəcək.
İnfrastruktur
10 Aprel , 2018 15:01
Bakı Metropoliteni Formula-1 yarışı  günlərində gücləndirilmiş rejimdə işləyəcək

Bakı. 10 aprel. REPORT.AZ/ Aprelin 27-29-da Bakının mərkəzi küçələrində keçiriləcək "Formula-1" Azərbaycan qran-prisi ilə əlaqədar olaraq, "Bakı Metropoliteni" QSC gücləndirilmiş rejimdə işləyəcək. 

Bu barədə “Report”a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, zərurət olarsa, iki stansiya gecə saat 2-yə qədər açıq olacaq. 

Həmçinin “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciətinə əsasən, "Bakı Metropoliteni"nin rəhbərliyi yarışın keçirildiyi günlərdə metropolitenin iş qrafikində dəyişikliklər etmək barədə qərar verib. Məqsəd tamaşaçıların, habelə Dənizkənarı Bulvarda təşkil ediləcək əyləncə və istirahət yönümlü kütləvi sosial-mədəni tədbirlərin iştirakçıları və təşkilatçılarının ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq, rahatlığını təmin etməkdir.

Bakı metropoliteni “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə sıx əlaqəli fəaliyyət göstərərək qeyd edilən tarixlərdə yarışın və tədbirlərin keçirildiyi məkanlara yaxın olan "İçərişəhər" və "28 May" stansiyalarına sərnişinlərin, zərurət yaranacağı təqdirdə, gecə saat 02:00-a qədər daxil olmasını və müvafiq marşrutlar üzrə hərəkət etməsini təmin edəcək.

Son xəbərlər

Orphus sistemi