Bəxtiyar Məmmədov: "Avropa Liqasının pley-off mərhələsi ilə əlaqədar Bakı Metropolitenində bütün müvafiq tədbirlər görülüb"

Bəxtiyar Məmmədov: "Avropa Liqasının pley-off mərhələsi ilə əlaqədar Bakı Metropolitenində bütün müvafiq tədbirlər görülüb" UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Qarabağ futbol klubunun Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar Bakı Metropolitenində bütün müvafiq tədbirlər görülüb.
İnfrastruktur
28 Avqust , 2019 11:38
Bəxtiyar Məmmədov: Avropa Liqasının pley-off mərhələsi ilə əlaqədar Bakı Metropolitenində bütün müvafiq tədbirlər görülüb

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" futbol klubunun Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar Bakı Metropolitenində bütün müvafiq tədbirlər görülüb.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"Gənclik" və "Nəriman Nərimanov" stansiyalarında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Əlavə işçi qüvvəsi ayrılacaq. Zərurət yaranacağı təqdirdə, xəttə ehtiyat qatarlar buraxılacaq", - B.Məmmədov bildirib.

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”la Şimali İrlandiyanın “Linfild” komandası ilə keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda “Linfild” 3:2 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi