"Bakı Metropoliteni" "28 May” stansiyasında baş verənlərə aydınlıq gətirib

"Bakı Metropoliteni" "28 May” stansiyasında baş verənlərə aydınlıq gətirib “28 May” stansiyasına tuneldən giriş sahəsində yüksəkgərginlikli kabeldə izolyasiya müqaviməti pozulduğundan qısaqapanma baş verib.
İnfrastruktur
30 Oktyabr , 2021 17:08
Bakı Metropoliteni 28 May” stansiyasında baş verənlərə aydınlıq gətirib

“28 May” metro stansiyasına tuneldən giriş sahəsində yüksəkgərginlikli kabeldə izolyasiya müqaviməti pozulduğundan qısaqapanma baş verib.

"Report" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" məlumat yayıb.

"Elektrik rele-mühafizə sistemi, normativlərə uyğun olaraq, vaxtında işə düşərək, alışmanın qarşısını alıb. Lakin qısaqapanma nəticəsində tüstülənmə baş verib.
Ehtiyat tədbiri kimi, “Həzi Aslanov-28 May” istiqamətində 5 dəqiqəyə yaxın müddət ərzində qatarların hərəkətini təmin edən yüksək gərginlik çıxarılıb. Yoxlama tədbirləri nəticəsində təhlükəsizliyə tam zəmanət olduğundan 5 dəqiqədən sonra, “Xətai-Cəfər Cabbarlı” mənzili istisna olmaqla, digər sahələrdə qatarların hərəkəti interval tələbləri tam qorunmaqla bərpa olunub.

Hər ehtimala qarşı, verilmiş qərara uyğun olaraq, “Xətai-Cəfər Cabbarlı” mənzilində bütün sahələr üzrə tam yoxlama tədbirləri aparılıb. Təhlükəsizliyə hər hansısa maneə olmadığından 16:09 dəqiqədə “Xətai-Cəfər Cabbarlı” mənzili üzrə sərnişindaşıma fəaliyyəti bərpa olunub.

Hazırda bütün metropoliten infrastrukturu tam normal fəaliyyət göstərir, qatarlar qrafikə uyğun olaraq hərəkət edir", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi