Bakı-London-Bakı istiqamətində xüsusi reyslər həyata keçiriləcək

Bakı-London-Bakı istiqamətində xüsusi reyslər həyata keçiriləcək Xüsusi reysləri "Azərbaycan Hava Yolları" aviaşirkəti həyata keçirəcək
İnfrastruktur
11 İyun , 2021 12:25
 Bakı-London-Bakı istiqamətində xüsusi reyslər həyata keçiriləcək
0 : 00
0 : 00

Bu gün və iyunun 17-də Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçiriləcək.

“Report” xəbər verir ki, "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinə bu gündən etibarən başlayır.

Uçuş bu gün Bakıdan Londona saat 12:30-da həyata keçiriləcək, təyyarə gecə 3:30-da Bakıya eniş edəcək. Növbəti reys 17 iyun tarixində həyata keçiriləcək və təyyarə 13:00-da Bakıdan qalxacaq, gecə 3:30-da Bakıya eniş edəcək.

Qeyd edək ki, iyulun 3-də Bakı-London-Bakı marşrutu istiqamətində müntəzəm reyslərin həyata keçirilməsi gözlənilir.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu Futbol üzrə Avropa Çempionatının dörd oyununa ev sahibliyi edəcək. Onlardan üçü İsveçrə–Uels (12 iyun), Tükiyə–Uels (16 iyun) və İsveçrə–Türkiyə (20 iyun) komandaları arasında baş tutacaq "A" qrupunun oyunlarıdır. İyulun 3-də isə Bakıda 1/4 final oyunu keçiriləcək.

Son xəbərlər

Orphus sistemi