Bakı limanı terminallarını beynəlxalq şirkətlərin idarəçiliyinə verəcək

Bakı limanı terminallarını beynəlxalq şirkətlərin idarəçiliyinə verəcək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) hazırda istismar etdiyi 13 terminalını xarici şirkətlərinin, o cümlədən Avropa şirkətlərinin idarəçiliyinə vermək istəyir.
İnfrastruktur
197
10 Mart , 2022 11:39
Bakı limanı terminallarını beynəlxalq şirkətlərin idarəçiliyinə verəcək
Taleh Ziyadov

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) hazırda özü istismar etdiyi terminallarını xarici şirkətlərin, o cümlədən Avropa şirkətlərinin idarəçiliyinə vermək istəyir.

“Report” xəbər verir ki, bunu Bakı Limanının Baş direktoru Taleh Ziyadov Aİ ilə birlikdə keçirilən “Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2” layihəsinin bağlanış mərasimində deyib.

“Terminallar müqavilə əsasında idarəçiliyə veriləcək. Növbəti on il ərzində gündəlikdə olan məsələ Bakı Limanında yerüstü quru liman formatının tətbiqidir. Bu, Bakı Limanının mərkəzi hab rolunu oynamasına imkan verəcək. Yəni, liman yerüstü inzibatçı olaraq çalışacaq”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi