Bakı Limanı Çinin Qinqdau Limanı ilə qardaşlaşıb

Bakı Limanı Çinin Qinqdau Limanı ilə qardaşlaşıb Bu gün Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Çinin Qinqdau Limanı ilə qardaşlaşmış limanlar memorandamu imzalanması münasibəti ilə inşa edilmiş abidənin açılış mərasimi keçirilib.
İnfrastruktur
17 Aprel , 2023 13:14
Bakı Limanı Çinin Qinqdau Limanı ilə qardaşlaşıb

Bu gün Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Çinin Qinqdau Limanı ilə qardaşlaşmış limanlar memorandamu imzalanması münasibəti ilə inşa edilmiş abidənin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, abidə Qinqdao Limanının hədiyyə etdiyi və Abşeron qayaları üzərində yerləşdirilən 80 ildən çox yaşı olan mayakdan ibarətdir.

Onun Qədim İpək yolu üzərində yerləşən Bakı Limanında ucaldılması, Azərbaycanın hələ qədim dövrlərdən Çin ilə ticarət və dostluq əlaqələrnin olmasını və müasir dövrdə də bu fəaliyyətin daha da inkişaf etdirilmiş formada davam etdirilməsini simvolizə edəcək.

Son xəbərlər

Orphus sistemi