Bakı-Kiyev aviabiletləri ucuzlaşdırılıb

Bakı-Kiyev aviabiletləri ucuzlaşdırılıb AZAL aviaşirkəti Bakı-Kiyev-Bakı aviareysləri ilə bağlı endirim aksiyası keçirir
İnfrastruktur
194
15 Yanvar , 2015 11:08
Bakı-Kiyev aviabiletləri ucuzlaşdırılıb

Bakı. 15 yanvar. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC Bakı-Kiyev-Bakı marşrutu ilə həyata keçirdiyi aviareyslər üzrə xüsusi aksiyaya start verib. 

AZAL-dan "Report"a verilən məlumata görə, aksiya çərçivəsində Bakı-Kiyev-Bakı reysinə biletin qiyməti 309 avro, Kiyev-Bakı-Kiyev reysinin qiyməti 409 dollar, bu marşrutla birtərəfli reyslərə biletlər isə müvafiq olaraq 219 avro və 289 avroya qədər ucuzlaşdırılıb.

Bu gün başlayan endirimli bilet satışı fevralın 10-dək davam edəcək, uçuşlar isə yanvarın 25-dən martın 15-dək həyata keçiriləcək.

Qeyd edək ki, bu aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmayacaq. Yerlər məhdud olduğuna görə, uçuşdan 10 gün öncə rəsmiləşdirməni aparmaq lazımdır. Maksimal qalma müddəti isə bir ay olaraq müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi