Bakı-İstanbul aviareysi ləğv edilib

Bakı-İstanbul aviareysi ləğv edilib Reysin ləğvi təyyarənin dolmaması ilə bağlı olub
İnfrastruktur
1269
17 Fevral , 2016 15:30
Bakı-İstanbul aviareysi ləğv edilib

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) saat 17:35-a təyin olunan Bakı-İstanbul aviareysi ləğv edilib.

Məsələylə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski "Report"a bildirib ki, həmin reysin ləğv olunmasının səbəbi təyyarənin dolmaması ilə bağlıdır.

"Ümumi qaydalara görə, belə hal baş verən reysə bilet alan şəxslərə başqa reys təklif edilir və ya alternativ yolla həmin şəxslər getdikləri ünvanlara çatdırılır", - deyə P.Kəsəmənski əlavə edib.

Qeyd edək ki, Bakıdan İstanbula hər gün aviareyslər yerinə yetirilir. Bu marşrut üzrə növbəti reys saat 20:45-də reallaşdırılacaq. 

Son xəbərlər

Orphus sistemi