Bakı dairəvi dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur

Bakı dairəvi dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur Bakı. 2 avqust. REPORT.AZ/ Prezident İlham Əliyevin bu ilin mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncama əsasən, işlər davam edir.
İnfrastruktur
2 Avqust , 2018 10:59
Bakı dairəvi dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur
0 : 00
0 : 00

Bakı. 2 avqust. REPORT.AZ/ Prezident İlham Əliyevin bu ilin mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncama əsasən, işlər davam edir. 

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, hazırda qurumun İnfrastruktur Departamenti yanında "Əsaslı Təmir" MMC Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sistemini yeniləyir.

MMC-nin rəisi Abbas Qəmbərovun verdiyi məlumata görə, hazırda Güzdək-Sumqayıt mənzilində 5,5 km dəmir yolunun kontakt şəbəkəsi yenidən qurulur. Belə ki, 69 ədəd dayaq qoyulub, 6 ədəd dəmir beton dayaq, 6 ədəd anker dayaq, 41 ədəd konsol, eləcə də 3 ədəd dayağa anker dartıcıları qoyulub.

Təmir işləri davam edir.

Son xəbərlər

Orphus sistemi