Bakı Dairəvi-1 avtomobil yolunda təmir-bərpa işləri aparılır

Bakı Dairəvi-1 avtomobil yolunda təmir-bərpa işləri aparılır Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Dairəvi-1 avtomobil yolunda təmir-bərpa işləri aparır.
İnfrastruktur
6 Mart , 2019 17:57
Bakı Dairəvi-1 avtomobil yolunda təmir-bərpa işləri aparılır

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Dairəvi-1 avtomobil yolunda təmir-bərpa işləri aparır.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, yolun deformasiyaya uğramış hissələrində köhnə asfalt-beton örtüyü frezlənərək yolun hərəkət hissəsi profilə salınır. Daha sonra yeni asfalt-beton örtüyü döşənərək deformasiyaya uğramış örtük bərpa edilir.

İşlər yolun 3, 5 və 6-cı km-lik hissələrində aparılıb. Ümumilikdə, bərpa olunmuş ərazinin sahəsi 6 min kv.m-dən çoxdur. Tərtib olunmuş qrafikə uyğun aparılan işlər birbaşa Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altındadır. Əraziyə lazımi sayda qüvvə cəlb olunub. Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi