Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi işdən çıxıb

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi işdən çıxıb Pərvin Məmmədova bundan sonra Odlar Yurdu Universitetinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərəcək
İnfrastruktur
435
18 Fevral , 2021 12:03
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi işdən çıxıb
Pərvin Məmmədova

Nəqliyyat, Rabitə və Yüksək Texnolgiyalar Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Pərvin Məmmədova işindən çıxıb.

“Report” xəbər verir ki, bu barədə o, məlumat verib.

"2018-ci ildən fəaliyyət göstərdiyim və mənə çox doğma olan BBAK ilə yollarımız ayrılır. Hər birinizə dost münasibət, sıx əməkdaşlıq üçün təşəkkür edirəm. Ümid edirəm aramızda anlaşılmazlıq olmayıb. Ünvanladığınız sorğulara, müraciətlərə əlimdən gəldiyi qədər tez münasibət bildirməyə çalışmışam. Buna ən böyük səbəb isə mediaya dost, bütün məsələlərə diqqətlə yanaşan və müsbət həllinə çalışan rəhbərlə çalışmağım olub. Əməyinə dəyər verilməsi möhtəşəm hissdir.

Nəqliyyatda 8 il. Bütün rəhbərlərimə təşəkkür etmək istəyirəm. Çünki mən bu sahədə böyüdüm, çox şey öyrəndim.

Dostlar, heç nə bitmir, yolumuz uzundur. Əməkdaşlığımıza qaldığımız yerdən davam edəcəyik.

Bundan sonra fəaliyyətimə Odlar Yurdu Universitetinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi davam edəcəyəm. Təhsilin həyatımızda, məqsədlərimizə gedən yolda rolu əvəzsizdir. Bu yolda az da olsa qatqım olacaqsa nə gözəl. Mənə göstərdikləri etimad çox dəyərlidir. Fəaliyyət göstərəcəyim müddətdə bu etimadı doğrultmağa və əlimdən gəldiyi qədər faydalı olmağa çalışacağam", - o deyib.

Son xəbərlər

Orphus sistemi