Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçir Kompleks qarşıdan gələn Novruz bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib
İnfrastruktur
15 Mart , 2018 16:10
Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçir

Bakı. 15 mart. REPORT.AZ/ Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib.

“Report”a daxil olan məlumata görə, bu gündən başlayaraq martın 27-nə qədər Avtovağzal gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq və kompleksin tam gücü ilə işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

“Hazırda gün ərzində 300-340 nəqliyyat vasitəsilə, təxminən, 7-8 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur. Biletləri Avtovağzalın kassalarından və yaxud onlayn qaydada 10 gün öncədən əldə etmək olar.

Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər”, – deyə məlumatda qeyd olunub.

Orphus sistemi