Bakı-Batumi aviareysini yerinə yetirən təyyarə yolun yarısından geri qayıdıb - ƏLAVƏ OLUNUB

Bakı-Batumi aviareysini yerinə yetirən təyyarə yolun yarısından geri qayıdıb - ƏLAVƏ OLUNUB İlk xəbər saat 11:05-də verilib
İnfrastruktur
253
12 İyul , 2019 16:12
Bakı-Batumi aviareysini yerinə yetirən təyyarə yolun yarısından geri qayıdıb - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 11:05-də verilib

"Buta Airways" şirkətinin bu gün saat 07:46-dan Bakıdan Gürcüstanın Batumi şəhərinə hərəkət edən sərnişin təyyarəsi təyinat məntəqəsindəki qeyri-sabit hava şəraiti ilə əlaqədar yolun yarısından geri qayıdıb. 

"Report" bu barədə aviaşirkətə istinadən xəbər verir. 

Məlumatda deyilir ki, təyyarə saat 10:12-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enib. Aviareys Batumidə hava şəraiti yaxşılaşdıqdan sonra yerinə yetiriləcək. 

***

Saat 14:38-də təyyarə Bakıdan Batumiyə yola düşüb. 

Son xəbərlər

Orphus sistemi