Bakı. 6 may. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsi (DGK) Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasının rəsmi açılışı olub. "Report" xəbər verir ki, İdarənin strukturuna 10 şöbə, 10 gömrük postu və 9 bölmə daxildir.
Yeni inzibati binada 360-a yaxın əməkdaş çalışacaq.
DGK-dən verilən açıqlamaya görə, yeni inzibati binada malların elektron formada bəyan olunmasının həyata keçirilməsi üçün şərait yaradılıb.
Tədbiri giriş sözü ilə DGK sədri Aydın Əliyev açıb. Mərasimdə DGK sədrinin müavinləri, həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard iştirak ediblər.
Tədbir zamanı DGK-yə təqdim edilmiş bir sıra avadanlıqlara baxış keçirilib.