Bakı avtovağzalı qarşısında tıxac yaranıb

Bakı avtovağzalı qarşısında tıxac yaranıb Hazırda paytaxtın bəzi yollarında hərəkətdə sıxlıq müşahidə edilir
İnfrastruktur
3 May , 2016 08:31
Bakı avtovağzalı qarşısında tıxac yaranıb

Bakı. 3 may. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı-Sumqayıt şosesində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında (paytaxta doğru) nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. 

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. 

Eyni zamanda, Həsən Əliyev küçəsi, Tbilisi prospekti ("20 Yanvar" metro stansiyası istiqamətində), habelə Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanasının qarşısı) və Binəqədi şosesində avtomobillərin hərəkətində sıxlıq yaranıb. 

Son xəbərlər

Orphus sistemi