Bakı. 8 aprel. REPORT.AZ/ Bakı şəhərində ictimai avtomobil nəqliyyatı vasitələrinə baxış keçiriləcək. Mayın 15-dək onlara bütün çatışmazlıqların aradan qaldırılması üçün vaxt verilib. Sonra
Onun sözlərinə görə, avtomobillərin xarici görünüşü, texniki-işləmə mexanizmi, oturacaqları, içi və digər bir sıra detalları nəzərdən keçiriləcək: "Bu tələblərə hazır olmayan nəqliyyat vasitələri xətdən çıxarılacaq".
Ə.Cəfərov əlavə edib ki, I Avropa Oyunları üçün sürücülərin geyim formaları artıq sifariş verilib. Sürücülər kurslara göndərilir, texniki təlimlər keçilir.
"Beynəlxalq yarışa ümumilikdə 2 000 sürücü və 300 nəfər mühəndis texniki işçi cəlb ediləcək", - Ə.Cəfərov bildirib.