Bakı-Almatı reysini yerinə yetirən təyyarə geri dönməli olub - YENİLƏNİB

Bakı-Almatı reysini yerinə yetirən təyyarə geri dönməli olub - YENİLƏNİB Texniki problemlər hava gəmisinin 2 saatdan çox Xəzərin üzərində uçmağa məcbur edib
İnfrastruktur
21 Avqust , 2017 18:33
Bakı-Almatı reysini yerinə yetirən təyyarə geri dönməli olub - YENİLƏNİB

Bakı. 21 avqust. REPORT.AZ/ Bu gün saat 12:50 radələrində Bakı-Almatı reysini yerinə yetirən Qazaxıstanın "Air Astana" aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan sonra yenidən Bakı hava limanına qayıtmalı olub.

"Report"un "Air Astana" aviaşirkətinin Bakı nümayəndəliyindən əldə etdiyi məlumata görə, hadisəyə səbəb təyyarədə yaranan texniki problemlər olub.

"Bakıya qayıdan sərnişinlərin təyinatı üzrə çatdırılması məqsədi ilə Azərbaycan paytaxtına Qazaxıstandan əlavə təyyarə göndərilib. Aviareysin bu axşam saat 21:30-da yerinə yetirilməsi nəzərdə tutulub", - deyə nümayəndəlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi