Bakı-Aktau bərələrinin yeni hərəkət cədvəli açıqlanıb

Bakı-Aktau bərələrinin yeni hərəkət cədvəli açıqlanıb Gəmi səfərlərinin sayı tələbata uyğun artırılacaq
İnfrastruktur
2 Dekabr , 2015 16:46
Bakı-Aktau bərələrinin yeni hərəkət cədvəli açıqlanıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Bir neçə gün öncə Qazaxıstanın Aktau şəhərində yeni Logistika Mərkəzinin istifadəyə verilməsini nəzərə alaraq, Bakı-Aktau və əks istiqamətdə təkərli texnika (yük maşınları, avtobuslar, sərnişin maşınları və s.) və dəmir yolu vaqonlarının daşınması üçün gəmi-bərələr təsdiq olunmuş yeni mütəmadi qrafik üzrə hərəkətə başlayıb. 

"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, Bakı-Aktau istiqamətində təkərli texnika və dəmiryol vaqonlarını daşıyan gəmilər həftənin hər çərşənbə axşamı və cümə günləri, Aktau-Bakı istiqamətində isə çərşənbə və şənbə günləri yola düşəcək (hava şəraiti ilə əlaqədar qrafikdə məcburi dəyişikliklərin edilməsi zərurəti olduqda öncədən xəbərdarlıq ediləcək):

Bakı (Ələt) - Aktau Aktau - Bakı (Ələt)
Çərşənbə axşamı 12:00 Çərşənbə 23:00
Cümə 12:00 Şənbə 23:00

Zərurət yarandığı halda, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” artan yük həcmlərinin daşınması məqsədilə qrafik üzrə gəmi səfərlərinin sayını tələbata uyğun artıracaq.

Bakı-Aktau və Aktau-Bakı istiqamətində daşımalar Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanından həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi