Bakı-Ağdam-Bakı istiqamətində əlavə avtobus reysi açılacaq

Bakı-Ağdam-Bakı istiqamətində əlavə avtobus reysi açılacaq Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəlində müəyyən dəyişiklik edilib.
İnfrastruktur
14 Mart , 2022 17:58
Bakı-Ağdam-Bakı istiqamətində əlavə avtobus reysi açılacaq

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəlində müəyyən dəyişiklik edilib.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, Bakı–Ağdam-Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. Aprel ayından etibarən sərnişinlər Bakı – Ağdam – Bakı istiqamətində bazar günləri də səfər edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi