​Azərbaycanda Tikinti xərcləri indikatoru artıb

​Azərbaycanda Tikinti xərcləri indikatoru artıb İndeks 111,1%-ə bərabərdir
İnfrastruktur
17 Oktyabr , 2014 09:47
​Azərbaycanda Tikinti xərcləri indikatoru artıb

Bakı. 17 oktyabr. REPORT.AZ/. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending İndicator – CSI) 2014-cü ilin sentyabr ayı üzrə 111,1% təşkil edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, avqustda həmin indikator 107,6%-ə, iyulda isə 84,3%-ə bərabər olub.

Göründüyü kimi, CSI indikatoru artmaqla müsbət zonada qalıb. İndikatorun 100%-dən yuxarı olması mənzil tikintisinə yatırılan investisiyaların aylıq müqayisədə artmasını göstərir:

Beləliklə, sentyabr ayında mənzil tikintisinə investisiyaların həcmi bu il ərzindəki maksimal göstəricisinə çatıb. Bundan əvvəl maksimal həcm iyun və avqust aylarında müşahidə olunub ki, bunun da əsas səbəbi isti aylarda hava şəraitinin tikinti üçün əlverişli olması ilə bağlıdır. Bunu həmçinin, sentyabr ayına da aid etmək olar. Əksinə olaraq, yanvar-fevral aylarında tikinti sahəsində hava ilə əlaqədar müəyyən durğunluq yaranır və investisiyalar minimuma enir. İstisna kimi dekabr ayını qeyd etmək olar ki, bu da əsasən müəyyən işlərin həmin ildə tamamlanması zərurətindən irəli gəlir.

Qeyd edək ki, CSİ əsas makroiqtisadi indikatorlardan biridir. Bu indikator tikinti sahəsində fəallığı, bu sahəyə yönəldilən maliyyə vəsaitlərinin dinamikasını əks etdirir. Eyni zamanda, mənzil tikintisinə yönəldilən investisiyaların həcminin dinamikası tikinti ilə bağlı digər sahələr, o cümlədən məşğulluq, tikinti materialları bazarı və s. sahələrdə vəziyyəti də xarakterizə edir.

Ümumilikdə, 2014-cü ilin yanvar-sentyabr ərzində mənzil tikintisinə 805,4 mln. manat həcmində investisiya qoyulub ki, bu da illik müqayisədə 2,1% azdır.

Son xəbərlər

Orphus sistemi