​Azərbaycanda mərasim zallarının istifadəyə verilməzdən əvvəl səs, işıq, havalandırma sistemləri üzrə sınaqdan keçirilməsi məcburiləşdirilib

​Azərbaycanda mərasim zallarının istifadəyə verilməzdən əvvəl səs, işıq, havalandırma sistemləri üzrə sınaqdan keçirilməsi məcburiləşdirilib Bununla bağlı baş nazir Artur Rasizadə qərar imzalayıb
İnfrastruktur
26 Sentyabr , 2014 12:29
​Azərbaycanda mərasim zallarının istifadəyə verilməzdən əvvəl səs, işıq, havalandırma sistemləri üzrə sınaqdan keçirilməsi məcburiləşdirilib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanda mərasim zallarının istifadəyə verilməzdən əvvəl bir sıra göstəricilər üzrə sınaqdan keçirilməsi məcburiləşdirilib. “Report”un xəbərinə görə, bununla bağlı baş nazir Artur Rasizadənin imzladığı “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında qərarda qeyd olunub.

Belə ki, mərasim zalları səs, işıq, havalandırma, müşahidə və digər sistemlər üzrə sınaqdan keçiriləcək. Bundan sonra müvafiq proses aktlaşdırılacaq.

Yeni qərarla həmin aktlar istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısına daxil edilib. Yəni, aktlar qəbul olunmazsa, müvafiq tikinti obyekti istismara qəbul olunmayacaq.

Qərar, həmçinin qapalı idman qurğuları, konsert və sərgi salonları, kinoteatr və teatrları da əhatə edir.

İstismara icazə üçün daxil edilən tikinti sənədlərinin siyahısına quraşdırılmış səs, işıq, havalandırma, müşahidə sistemlərinin sınaq aktından başqa, quraşdırılmış avadanlıqların, havalandırma, kondisionerləşdirmə və toztutma sistemlərinin sınaq aktları da daxildir.

Son xəbərlər

Orphus sistemi