​Azərbaycan yeni təyyarələr alıb

​Azərbaycan yeni təyyarələr alıb Bu, "Boeing-747-8" yük təyyarələridir
İnfrastruktur
29 Avqust , 2014 15:38
​Azərbaycan yeni təyyarələr alıb
Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycanın "Silk Way Airlines" şirkəti "Boeing 747-8" markalı iki yeni yük təyyarəsi alıb. “Report” xəbər verir ki, bu barədə "Boeing" şirkəti məlumat yayıb.

Təyyarələrdən biri Azərbaycanın aviasiya şirkətinə ötən həftə, digəri isə avqustun 28-də çatdırılıb.

Müasir "Boeing 747-8" təyyarələrinin "Boeing-747-400" təyyarələrindən 16% daha tutumlu olduğu deyilir. Bu günə qədər müxtəlif aviaşirkətlərə "Boeing 747-8" markalı 49 yük təyyarəsi satılıb.

Qeyd edək ki, "Silk Way Airlines" aviaşirkəti 50-dən artıq istiqamətdə müntəzəm və çarter yük reysləri həyata keçirir.

Son xəbərlər

Orphus sistemi