​"Azərbaycan Dəmir Yolları" QSC gücləndirilmiş iş rejiminə keçib

​"Azərbaycan Dəmir Yolları" QSC gücləndirilmiş iş rejiminə keçib Gucləndirilmiş iş rejimi sentyabrın 14-dək tətbiq olunacaq
İnfrastruktur
10 Sentyabr , 2014 15:59

Bakı. 10 sentyabr.REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a verilən məlumata görə, yeni dərs ili ərəfəsində - sentyabrın 10-dan 14-dək gucləndirilmiş iş rejimi tətbiq olunacaq.

Bununla əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

"Bir daha sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir", - deyə şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi