"Azrustrans" ilk tranzit daşımalarına başlayıb

"Azrustrans" ilk tranzit daşımalarına başlayıb Qazaxıstan Azərbaycan üzərindən Gürcüstana taxıl göndərir
İnfrastruktur
11 Oktyabr , 2016 11:36
Azrustrans ilk tranzit daşımalarına başlayıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu günlərdə Azərbaycan və Rusiyanın birgə təsis etdiyi "Azrustrans" müştərək müəssisəsi artıq Azərbaycan ərazisindən keçməklə Qazaxıstandan Gürcüstana tranzit taxıl yükünün tədarükünə başlayıb.

Bunu "Report"a açıqlamasında "Azrustrans" şirkətinin baş direktoru Cavid Quliyev bildirib.

"Hazırda əsas məqsədimiz Azərbaycan ərazisinə maksimum tranzit yükləri cəlb etmək və onların daşınmasını həyata keçirməkdir. Daşımaların həcmini də artırmağı planlaşdırırıq", - deyə C.Quliyev qeyd edib.

Hazırda bu sahədə müəyyən çətinliklərin olduğunu qeyd edən C.Quliyev açıqlayıb ki, tədarükçülərdə dəniz daşımaları ilə bağlı bir ənənə formalaşıb. Bu sahədə cəmləşən dövlətlərin də, şirkətlərin də öz maraqları var: "Nə İran, nə Rusiya ilə birbaşa tranzit çıxışımız üçün zəruri infrastrukturumuz yox idi. Bu gün Azərbaycan tranzit ölkə kimi yenicə yüksəlməyə başlayır. Bütün bunların yaxın perspektivdə reallaşması üçün müəyyən zaman lazımdır".

Son xəbərlər

Orphus sistemi