​Ziya Məmmədov dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışını tənzimləyən qaydanı ləğv edib

​Ziya Məmmədov dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışını tənzimləyən qaydanı ləğv edib Qərar Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən ləğv olunub
İnfrastruktur
10 Fevral , 2016 12:01
​Ziya Məmmədov dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışını tənzimləyən qaydanı ləğv edib

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Nəqliyyat Nazirliyi “Dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışı üzrə inzibati reqlament”in təsdiq edilməsi haqqında” 2013-cü il 5 aprel tarixli qərarını ləğv edib.

“Report”un xəbərinə görə, bununla bağlı qərarı nəqliyyat naziri Ziya Məmmədov imzalayıb.

Qərar Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixində imzaladığı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə fərmanının 2.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib.

Ləğv olunan qərar dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışını tənzimləyirdi.

Son xəbərlər

Orphus sistemi