“Azərsu”yun sədr müavini Şəmkirdə vətəndaşları qəbul edib

“Azərsu”yun sədr müavini Şəmkirdə vətəndaşları qəbul edib “Azərsu” ASC-nin sədrinin I müavini Teyyub Cabbarov Şəmkir şəhərində vətəndaşları qəbul edib.
İnfrastruktur
15 iyul 2022 07:22
“Azərsu”yun sədr müavini Şəmkirdə vətəndaşları qəbul edib

“Azərsu” ASC-nin sədrinin I müavini Teyyub Cabbarov Şəmkir şəhərində vətəndaşları qəbul edib.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarından və Gəncə şəhərindən 47 nəfər iştirak edib.

Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.

T. Cabbarov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyacı olan müraciətlər nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi