"Azərsu"yun sədr müavini Saatlıda vətəndaşları qəbul edəcək

"Azərsu"yun sədr müavini Saatlıda vətəndaşları qəbul edəcək “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov martın 16-da Saatlı şəhərində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.
İnfrastruktur
14 Mart , 2022 14:50
Azərsuyun sədr müavini Saatlıda vətəndaşları qəbul edəcək

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov martın 16-da Saatlı şəhərində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a qurumdan bildirilib.

Qəbul saat 11:00-dan başlayaraq rayon mərkəzindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyatı üzrə müraciətləri dinləniləcək və tədbirlər görüləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Saatlı, Sabirabad və İmişli Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi