Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyətinə nəzarət güclənir

Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyətinə nəzarət güclənir Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) qrant layihəsi çərçivəsində ilk dəfə olaraq “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasına müasir cihazlar təqdim olunub.
İnfrastruktur
13 Mart , 2020 18:24
Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyətinə nəzarət güclənir

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) qrant layihəsi çərçivəsində ilk dəfə olaraq “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasına müasir cihazlar təqdim olunub.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Mərkəzi Laboratoriyanın müdiri Elçin Əliyevin təqdim etdiyi “Masallı, Quba, Beyləqan və Ucar regional laboratoriyaları üçün içməli suda xlorun ölçülməsi üçün portativ kolorimetrinin alınması” layihəsi daha səmərəli və perspektivli dəyərləndirilərək cihaz və avadanlıqların alınmasına müsbət qərar verilib.

Məlumata görə, ümumi dəyəri 4 000 ABŞ dolları olan qrant hesabına əvəzsiz olaraq verilən bu cihazlar Mərkəzi Laboratoriyanın tabeliyində olan Masallı, Quba, Beyləqan və Ucar regional laboratoriyalarının istifadəsinə veriləcək. Yeni cihazlar hesabına müvafiq analizləri aparılması daha operativ şəkildə həyata keçiriləcək.

Hazırda “Azərsu” ASC-nin 9 şəhərdə regional laboratoriyası fəaliyyət göstərir. Regional laboratoriyalar Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini nəzarətdə saxlamağa imkan yaradır.

Qeyd edək ki, ötən il Mərkəzi Laboratoriya tərəfindən 101 min su nümunəsi üzrə 400 mindən çox analiz aparılıb.

Son xəbərlər

Orphus sistemi