“Azərsu” yanında İctimai Şuranın ilk iclası keçirilib

“Azərsu” yanında İctimai Şuranın ilk iclası keçirilib “Azərsu” ASC yanında İctimai Şuranın ilk iclası keçirilib, iclasda Şuranın sədri, sədr müavinləri və katibi seçilib.
İnfrastruktur
4 Avqust , 2021 17:21
“Azərsu” yanında İctimai Şuranın ilk iclası keçirilib

“Azərsu” ASC yanında İctimai Şuranın ilk iclası keçirilib, iclasda Şuranın sədri, sədr müavinləri və katibi seçilib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumunun prezidenti Rauf Zeyni Şuraya sədr, “Ekoloji Maarifçilik və Monitorinq” İcitmai Birliyinin sədri Qəmzə Yusubova, "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin sədri Mirzə Məmmədvəliyev və “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İcitmai Birliyinin sədri Tələt Qəribov müavinlər, “Beynəlxalq Hidroloji Proqram” İcitmai Birliyinin üzvü Aytən İmanova isə katib seçilib.

Seçkilərdən sonra İctimai Şuranın üzvləri ilə görüşən “Azərsu”yun sədr müavini Köçərli Həsənov sədr, müavin və katib seçilənləri təbrik edib, Şuranın işinə uğurlar arzulayıb. Şuranın “Azərsu” ilə ictimaiyyət və vətəndaşlar arasında körpü rolunu oynayacağını deyən K.Həsənov bildirib ki, su mənbələrinə, su təchizatı müəssisələrinə, laboratoriyalara səfərlər təşkil olunacaq, müştəri məmnunluğunun təmin olunması, şikayət və müraciətlərin həlli üçün birlikdə fəaliyyət göstəriləcək. Eyni zamanda İctimai Şuradan daxil olacaq təkliflər araşdırılaraq aidiyyatı üzrə qərarlar qəbul olunacaq.

İctimai Şurada 11 nəfər təmsil olunur.

- Abbasov Rövşən Xanış oğlu, “Sağlam Həyata Doğru” Ekoloji İctimai Birliyi

- Cəfərova Mətanət Əsgər qızı, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi

- Hüseynov Eyyub Mahmud oğlu, “Azad İstehlakçılar” İctimai Birliyi

- İbrahimli Qorxmaz Əbülfəz oğlu, “Biosfer” İctimai Birliyi

- İmanova Aytən Rüfət qızı, “Beynəlxalq Hidroloji Proqram” İctimai Birliyi

- Qəribov Tələt Yusif oğlu, “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi

- Mikayılova Xədicə Hacı qızı, “Əlillər Cəmiyyəti” İctimai Birliyi

- Şahverdiyev Cavid Nadir oğlu, “Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi” İctimai Birliyi

- Məmmədvəliyev Mirzə Ağamurad oğlu, Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi

- Yusubova Qəmzə Xanlar qızı, “Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyi

- Zeyni Rauf Xurşud oğlu, Milli QHT Forumu.

Son xəbərlər

Orphus sistemi