"Azərsu" sədrinin müavini Ağsuda vətəndaşları qəbul edəcək

"Azərsu" sədrinin müavini Ağsuda vətəndaşları qəbul edəcək Dekabrın 16-da “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Ağsu şəhərində vətəndaşları qəbul edəcək.
İnfrastruktur
9 Dekabr , 2022 10:38
Azərsu sədrinin müavini Ağsuda vətəndaşları qəbul edəcək

Dekabrın 16-da “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Ağsu şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a qurumdan bildirilib.

Qəbul saat 10:00-dan başlayaraq Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Ağsu və İsmayıllı sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün Ağsu və İsmayıllı Sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi