“Azərsu” ASC Bakının Yasamal rayonunda, "Azərbaycan" nəşriyyatının yerləşdiyi binanın həyətində içməli su kranının zədələnməsi ilə bağlı yayılmış məlumata reaksiya verib.
Qurumdan “Report”a bildirilib ki, artıq problem həll edilib.
Xatırladaq ki, sözügedən məsələsi "Qanun nəşriyyatı" MMC-nin direktoru Şahbaz Xuduoğlu qaldırıb. O problemi "Facebook" sosial şəbəkəsində ictimailəşdirib.