"Azərsu" ötən il 47 Vətən müharibəsi iştirakçısını işə götürüb

"Azərsu" ötən il 47 Vətən müharibəsi iştirakçısını işə götürüb "Azərsu" ASC ötən il 47 Vətən müharibəsi iştirakçısını və 3 şəhid ailəsi üzvünü işlə təmin edib.
İnfrastruktur
11 Yanvar , 2022 15:37
Azərsu ötən il 47 Vətən müharibəsi iştirakçısını işə götürüb

"Azərsu" ASC ötən il 47 Vətən müharibəsi iştirakçısını və 3 şəhid ailəsi üzvünü işlə təmin edib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, işlə təmin olunmuş Vətən müharibəsi iştirakçısının 2-si döyüşlərdə yaralanıb.

Hazırda “Azərsu”da müharibə iştirakçısı olmuş 900 nəfər çalışır. Onlardan 590-ı I Qarabağ, 309-u II Qarabağ, 1-i isə aprel döyüşlərinin iştirakçısıdır.

“Azərsu”yun 188 əməkdaşı Vətən müharibəsində iştirak edib, onlardan 3 nəfəri şəhid olub, 23 nəfəri yaralanıb. Eyni zamanda, döyüşlərdə kollektivin 21 işçisinin ailə üzvü şəhid olub, 46 ailə üzvü isə yaralanıb. Eyni zamanda səhmdar cəmiyyətinin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 21 işçisi döyüş bölgəsinə ezam olunub və onlardan 1-i xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb.

Qurum son 1 ildə 457 şəhid və 312 qazi ailəsi daxil olmaqla, ümumilikdə 769 ailəni içməli su ilə təmin edib.

Son xəbərlər

Orphus sistemi