“Azərsu”nun törəmə şirkəti açıq tender keçirir

“Azərsu”nun törəmə şirkəti açıq tender keçirir Tender bir lot üzrə elan edilib
İnfrastruktur
17 Avqust , 2017 10:07
“Azərsu”nun törəmə şirkəti açıq tender keçirir
Report.az

Bakı. 17 avqust. REPORT.AZ/ “Azərsu” ASC-nin "Birləşmiş Sukanal" MMC-nin "Şəki Sukanal" törəmə səhmdar cəmiyyəti mal və materialların alınması məqsədi ilə açıq tender elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, tender bir lot üzrə keçirilir və iştirak haqqı 60 manat təşkil edir.

Tenderdə iştirak etmək istəyənlər zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 22 sentyabr saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə 29 sentyabr 18:00-a qədər Şəki şəhəri, S.Mümtaz küçəsi,47 ünvanına təqdim etməlidirlər.

İddiaçıların təklifləri 2 oktyabr saat 16:00-da göstərilən ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi