“Azərsu” indiyə qədər “ASAN xidmət” vasitəsilə 220 minə yaxın müraciət qəbul edib

“Azərsu” indiyə qədər “ASAN xidmət” vasitəsilə 220 minə yaxın müraciət qəbul edib Bu ilin I rübündə “Azərsu” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən xidmət bölmələrinə vətəndaşlar müxtəlif məsələlərlə bağlı 26 850 dəfə müraciət edib.
İnfrastruktur
3 Aprel , 2019 17:52
“Azərsu” indiyə qədər “ASAN xidmət” vasitəsilə 220 minə yaxın müraciət qəbul edib

Bu ilin I rübündə “Azərsu” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən xidmət bölmələrinə vətəndaşlar müxtəlif məsələlərlə bağlı 26 850 dəfə müraciət edib.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, müraciətlərin 13 182-i “ASAN xidmət”, 13 668-i isə “ASAN kommunal” mərkəzlərində qeydə alınıb. Vətəndaşlar xidmət bölmələrinə daha çox ödənişlər haqqında məlumatların verilməsi, texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi ilə bağlı müraciətlər edib.

“ASAN xidmət” mərkəzlərində “Azərsu”yun müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC “ASAN kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə, 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 220 minə qədər müraciət daxil olub.

Hazırda “Azərsu”yun xidmətləri Bakı şəhəri Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Mingəçevir, Şəki, İmişli və Quba şəhərlərindəki “ASAN xidmət”, həmçinin 12 saylı “ASAN kommunal” mərkəzlərində təşkil olunub.

Son xəbərlər

Orphus sistemi