“Azərsu” gücləndirilmiş iş rejiminə keçir

“Azərsu” gücləndirilmiş iş rejiminə keçir Bakı. 14 iyun. REPORT.AZ/ 15 iyun - Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
İnfrastruktur
14 İyun , 2018 14:15
“Azərsu” gücləndirilmiş iş rejiminə keçir
Report
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ 15 iyun - Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Azərsu” ASC-dən "Report"a verilən məlumata görə, bununla əlaqədar qurumda  və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.

Son xəbərlər

Orphus sistemi